HAQQIMİZDA

  Referanslar

HAQQIMİZDA

2011-ci ildən fəaliyyətə başlayan Rec Group MMC professional mütəxəssis personalı ilə müxtəlif sektorlara təqdim etdiyi həlləri ilə fəaliyyət göstərdiyi bazarda lider firmalardan biridir. Şirkət hər keçən gün müştəri sayını artıraraq,informasiya texnologiya sahəsində ən son yenilikləri izləyərək irəliləməkdədir. Dünyadakı bir çox lider firmalarla şəriklik edərək ən son texnologiyaları sürətli şəkildə Azərbaycana gətirməkdədir. Bizim məqsədimiz beynəlxalq standartlarda məhsul və xidmət keyfiyyətini təqdim etmək, dünyada və ölkə daxilində axtarılan bir brend olmaqdır. İş sahələri: təhlükəsizlik nəzarət sistemləri, yüksək texnologiyalı elektron sistemlər və avtomatlaşdırılmış proqram sistemləridir. Rec Group lahiyələrində keyfiyyətli təmiz işi özünə prinsip edilmişdir. Rec Group lahiyə qrupu ilkin mərhələdən başlamaq üzrə müştərilərin istəklərini diqqətlə qiymətləndirib, öz təcrübəsinidə qataraq yüksək səviyyədə ehtiyacları qarşılaya biləcək sistemlərin qurulmasını təmin etməkdədir. Rec Group xaricdə və daxildə təhsil almış mühəndis və texniklərdən ibarət dəstək qrupu ilə fasiləsiz xidmət sistemi ilə alış və satış sonrası daim müştərilərinin yanındadır. Keyfiyyət siyasətimiz müştərilərinə dəyişən dünyada ən son yenilikləri çatdırmaq,keyfiyyətli məhsul, texniki dəstək satış sonrası xidmətlərlə müştərilərimizin məmnuniyyətini yüksək səviyyədə saxlaya bilməkdir. Keyfiyyətli xidmətin ancaq təlimli və təcrübəli kadrlar vasitəsilə verilə biləcəyinin fərqində olan Rec Group şirkətdə işləyən əməkdaşlarına təlimlər keçir, onların bilik və təcrübələrinin ən üst səviyyədə saxlanmasını təmin edir və onları yorucu iş mühitindən uzaqlaşdıran fəaliyyətlər tərtib edir. Rec Group fərqli modellərdə barkod oxuyucular, əl terminalları,çek printerləri, sensor panellər, mağaza oğurluq sistemləri, kameralar, keçişə nəzarət sistemləri, təhlükəsizlik sistemləri, restoran idarəetmə proqramları, market idarəetmə proqramları, otel idarəetmə proqramları kimi sahələrdə həllər təqdim etməkdədir. Müvəffəqiyyətli lahiyələri ilə texnologiyada uğurlu addımlarla yoluna davam edən Rec Group, gələcəyə güvənlə baxmaqdadır.

ÜSTÜNLÜYÜMÜZ

1.Olduğumuz sektorlarda ən geniş məhsul növlərini müştərilərimizə təqdim etmək, aldığımız iş üçün lazım olan bütün avadanlığı və texniki dəstəyi təmin edəcək üstünlüyə nail olmaq.

2.Beynəlxalq standartlarda yüksək keyfiyyətli məhsulları birbaşa xarici bazardan təmin etmək imkanı.

3.Uyğun və sərfəli qiymətlər, dünya inkişafını yaxından izləyən kadr və müştəriyə özəl informasiyaların gizliliyi.

4.Komandamızda işləyənlərin iş bacarıqları, icrası,müasirliyi, profesional və dinc bir komandanın varlığı.

5.Dürüst, yaxşı yetişmiş, təhsil səviyyəsi yüksək, insan əlaqələri inkişaf etmiş bir komandayıq.

VAKANSİYA

Hər lider şirkətin arxasında güclü bir komanda olduğunun fərqindəyik. Daha bizə qoşulmadınızmı? Bizimlə işləmək istəyən namizədlərdə axtarılan standart xüsusiyyətlər: yeniliyi, texnologiyanı öyrənməyi, öyrətməyi sevirsinizsə, insan əlaqələri inkişaf etmiş, dürüst, intizamlı və təcrübəli, sıx iş tempinə uyğunsanızsa, işinizde ciddi və məsuliyyətlisinizsə, aldığımız işi sonuna qədər izləyib, yekunlaşdırmağı sevirsənizsə, ali təhsillisinizsə, dövrümüzün informasiya texnologiyasında Rec Group olaraq hədəfimiz ölkəmizdə sektorumuzun ilki olmaqdır. Bizdə varıq demək istəyirsinizsə, siz bizimlə işləyə biləcək bir namizədsiniz.

İş müraciətində olmaq və CV göndərmək üçün lütfən bizimlə ƏLAQƏ saxlayın.

Dillerlik Haqqında

Rec diller olmaq bir fərqlilikdir. İnformasiya texnologiyaları dünya bazarında olduğu kimi Azərbaycan bazarındada sürətlə böyüməkdədir.Sizdə əgər bu bazarda yer almaq istəyirsinizsə,yeriniz bizim yanımızdadır.Şirkətimizdə professional argelərlə məhsul seçimləri edilir və partnyorluq müqavilələri imzalanır.Məqsədimiz uyğun qiymətə yüksək keyfiyyətli,problem çıxarmayan məhsulları təcrübəmizlə Azərbaycan bazarına daxil etməkdir.Ən yaxşısını seçək və birlikdə təqdim edək.

Misiyamız

Müştərilərimizə ən doğru həlləri və ən uyğun avadanlıqları sərfəli qiymətə və ən keyfiyyətli xidmətlə təqdim edib dünyanın inkişaf edən teknoloji inkişaflardan xəbərdar edərək, lahiyələrə yüksək sərmayələr istifadə etmədən keyfiyyətli və yüksək səviyyədə müştərilərimizin inkişaflarında iştirak etmək.

Vizyon

Çox insan güclü olmadığı üçün deyil nə edəcəyini bilmədiyi üçün yola çıxmaz. Siz bizim sektorumuzla maraqlanırsanızsa birlikdə hədəfimizi təyin edək, həyatınızı dəyişək. Məqsədimiz ölkə iqtisadiyyatının inkişafına dəstək olmaqdır.


Show Buttons
Hide Buttons